Atası Meqanla Harrini məhkəməyə verir

Atası Meqanla Harrini məhkəməyə verir

Hazırda oxunan: Atası Meqanla Harrini məhkəməyə verir

29803

Aktrisa Meqan Marklın atası Tomas Markl qızını və həyat yoldaşı şahzadə Harrini məhkəməyə verməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə 77 yaşlı Tomas "Fox News"a verdiyi reportajda bildirib. O, qızı ilə kürəkəninin nəvələri - iki yaşlı Arçi və iki aylıq Lilibet Diananı ona göstərmədiklərini açıqlayıb.

Nəvələrini görmək istəyən Tomas Kaliforniya məhkəmələrinə müraciət edəcək.

"Arçi və Lili balaca uşaqlardır. Onlar siyasətçi və ya piyada deyillər. Onlar ümumiyyətlə oyunun bir hissəsi deyil. Onlar da kral qanındandır və kral ailəsinin digər üzvləri ilə eyni hüquqlara sahib olmalıdırlar" deyə, Tomas nəvələrinin qanuni hüquqlarını müdafiə edib.

Qeyd edək ki, şahzadə Harri krallıq səlahiyyətlərindən imtina edərək həyat yoldaşı Meqan Marklla sarayı tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO