Sığınacaqdan başlayan sevgi hekayəsi: Səma və Rüfət EVLƏNİR – FOTO/VİDEO

Sığınacaqdan başlayan sevgi hekayəsi: Səma və Rüfət EVLƏNİR – FOTO/VİDEO

Hazırda oxunan: Sığınacaqdan başlayan sevgi hekayəsi: Səma və Rüfət EVLƏNİR – FOTO/VİDEO

256229

Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində böyüyən iki gənc - Səma və Rüfətin toy mərasimi baş tutacaq. Onlar illər ərzində həm şəxsi, həm də peşəkar inkişafları ilə nümunə olublar.

Bizim.Media xəbər verir ki, “modern.az”a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, Səma 12 yaşından etibarən onun qəyyumluğu altında böyüyüb:

“Səma bacarıqlı, iradəli və mübariz bir qızdır. O, 2023-cü ildə “İlin mübariz qızı” adına layiq görülüb, təhsilini uğurla davam etdirir və müxtəlif təlimlərdə fəal iştirak edir”.

K.Ağazadə vurğulayıb ki, Rüfət Zəkizadənin də birliyə bağlı yolu uzun illərə dayanır:
 

“O, 7 ildir qurumda könüllü kimi fəaliyyət göstərir. Əvvəlcə sosial müşaiyət sahəsində çalışan Rüfət sonradan videoqrafiya bacarıqları ilə seçilib, hazırda isə təşkilatın mətbuat xidmətinə rəhbərlik edir”.


Kəmalə Ağazadənin sözlərinə görə, o, bu il yüksək peşə təhsilini başa vurub, subbakalavr dərəcəsi alıb və moda dizaynı ixtisası üzrə universitetin ikinci kursuna qəbul olunmağa hazırlaşır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO