Xoşqədəm Hidayətqızı atasının ölümündən sonra ilk dəfə EFİRƏ ÇIXDI - VİDEO

Xoşqədəm Hidayətqızı atasının ölümündən sonra ilk dəfə EFİRƏ ÇIXDI - VİDEO

Hazırda oxunan: Xoşqədəm Hidayətqızı atasının ölümündən sonra ilk dəfə EFİRƏ ÇIXDI - VİDEO

254029

“Səni axtarıram” verilişinin aparıcısı və müəllifi Xoşqədəm Hidayətqızı atasının ölümündən sonra ilk dəfə efirə çıxıb.

Bizim.Media xəbər verir ki, Əməkdar jurnalist çətinliklə də olsa işinə davam edəcəyini bildirib.

İzləyicilərlə kədərini bölüşən aparıcı bunları söyləyib:
 

“Başsağlığı verən hər kəsə təşəkkür edirəm. Mən yol göstərənimi, sirdaşımı, ürək yoldaşımı itirmişəm. Mən hər addımımı atamla məsləhətləşirdim. Hətta yas mərasimini belə onunla məsləhətləşdim.


Mən Hidayətin qızıyamsa, güclüyəm! İki ağır itkinin altından da o kişinin adıyla çıxacağam. Bu gün efirə çıxmağa gücüm yox idi. Amma atamın anam vəfat edəndə məni efirə çıxarmağını xatırladım. Bu, mənim işimdir, efirə çıxacağam, atam məni izləyəcək, həmişə mənimlə qürur duyub, yenə qürur duyacaq, ruhu şad olacaq”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO