"Həmin xanım bilsəydi ki, şəkli bulağın başına qoyulub..." - VİDEO

"Həmin xanım bilsəydi ki, şəkli bulağın başına qoyulub..." - VİDEO

Hazırda oxunan: "Həmin xanım bilsəydi ki, şəkli bulağın başına qoyulub..." - VİDEO

249255

Aparıcı Ülvira Qarayeva Qubanın Ənik kəndində rastlaşdığı maraqlı bir tarixçəni bölüşüb.

Bizim.Media xəbər verir ki, o bu barədə instaqram səhifəsində video paylaşıb.

Aparıcı bulağın başına qoyulan yapon bir qadınla yerli əhalidən olan bir gəncin sevgi hekayəsini danışıb:

"Qubanın Ənik kəndində bir bulaq var. Bulağın başında yapon bir qadının şəkli qoyulub. Burada yaşayan bir gənc bir müddət Yaponiyada qalır. Bir-birilərini sevirlər. Amma elə olur ki, evlənə bilmirlər. Onu Azərbaycana gətirdə bilmir. Əvəzində şəklini gətirir. İllərdir bu yapon qadın bu bulağın başındadır. Məncə o xanım bilsəydi ki, onun yeri burada, bulağın başındadır, elə özü durub gələrdi. Sevgiyə bax. İllərdir buradadır, təsəvvür edirsiniz?".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO