Müğənni Bəturə Hüseynova efirdə əsəbiləşib.
Bizim.Media xəbər verir ki, “Rəngarəng”də qonaq olan sənətçinin çimərlik geyimində fotosunu veriliş komandasına göndəriblər.
İddiaya görə, feyk hesabdan yolladıqları mesajda təhqiramiz ifadələrdən istifadə ediblər.
B. Hüseynova isə məsələyə aydınlıq gətirib: “1993-cü ildə Türkiyəyə getmişəm. O şəkil qayınanamın evində baldızım tərəfindən çəkilib. Onu yazan qələt edib.
Buradan deyirəm ki, o şəkli bir nəfərdə görsəm, hüquqi yollara üz tutacam. O çimərlik geyimidir. Məni ailəm, yaxınlarım izləyir. Bu, nədir belə?”
Sara, Bizim.Media