Əməkdar artist Nigar Şabanova bəzi müğənniləri tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə Nigar “Gün ortası” verilişində danışıb. O, bayağı ifaçıların geyim tərzinə irad bildirib:
“Sənəti çox cılızlaşdırdılar. Sənəti olmayanlara pul qazandırdılar. Nazilə xanım gözəl söz dedi ki, pullu zövqsüzlər sənəti olmayanlara dəstək olurlar, bəyənmədikləri halda ailələrinin içinə gətiririlər. Bədbəxtliyimiz odur. Qoruyub salxlamalıyıq ki, barmaqla sayılacaq qədər sənətkarlarımız itib batmasın.
Bir insanın mədəniyyəti yoxdur, mədəniyyətsiz formada yetişdiyi yerdə qalsın. Nə geyimlərini bilirlər, nə danışıqlarını, nə də özlərini aparmağı... Sənətkara dil uzadan kim, özü heç kim olmadığı halda, fikir bildirən kim, səsi olmaya-olmaya meydan oxuyan kim...
Özləri də bilmirlər ki, niyə gəliblər? İnsanın mənəviyyatı, ağlı yoxdursa... Zamanında təhsil alardı, yeri bəlli olandan sonra bir yerə gələrdi. Künc-bucaqdan bədəni, ləyaqətsiz geyimi, danışğı ilə sosial şəbəkələrdə yer qazanıb özünü kimsə hesab etməzdi.
Biz də pul qazanırıq, onun üçün toyda istəmədiyim mahnını oxuyuram. Mən gözəl oxuyuram, onu ifa edəndən fərqlənirəm. Savad və səsim imkan verir ki, bərbad aranjimanla ortaya çıxan mahnını gözəl şəkildə ortaya çıxarım. Toyda ifa edirəm.
Məcburam oxuyuram, pul qazanıram. Elə mahnı da var ki, pul yox, qarşıma brilliantlar düzülsə də, ifa etmərəm. Pul ilə alınmalı olan ədəbli-əbəbsiz alınması mümkün olan nələrsə, kimlərsə var. Sən şəxsiyyətinə hörmət etmirsənsə, pul ilə alınan nə gəldi onu alırsansa...
Heç olmasa, sənət olmasa da, ləyaqət olsun. İnsanlığı olmasa da, sənəti olsun, burada qaraqabaq otursun, nəinki ədəbsiz bədən görünüşü, geyimi ilə ağzının danışığını bilməyən...”.
Sara, Bizim.Media