“Namiq mənim səviyyəmdə deyil” – Aşıqların QALMAQALI

“Namiq mənim səviyyəmdə deyil” – Aşıqların QALMAQALI

Hazırda oxunan: “Namiq mənim səviyyəmdə deyil” – Aşıqların QALMAQALI

242130

Aşıq Mübariz Camaloğlu ilə Namiq Fərhadoğlu arasında qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, Mübariz bu barədə “Tarixin bir günü” verilişində danışıb.

O deyib ki, Namiqi aşıq gözündə görmür:

“Mən aşıq oğlu aşığam. O, dünən sənin verilişində deyir. Mən 20-30 ildir bu sənətdəyəm, deyirəm ki, indi əlinə saz götürənlərin heç biri aşıq deyil. Aşıq sənətini atamdan görmüşəm, yolu çox uzanır. Mən ondan danışmaq, adını çəkmək istəmirəm.
 

Fikirləşirdim ki, Həccə gedib düzəlib gələr, getdi, daha da tərsinə oldu. Dedim ki, arxamdan danışmayın, sizi reklam etməyəcəyəm. Hərənin öz yolu var, mənim yoluma qarışmasınlar, öz işimlə məşğulam. Heç kimlə işim yoxdur. Daha heç birinizi reklam etməyəcəyəm.


Evin ucuzu olmur. Öz zəhmətimlə qazanmışam. O, nəyi qazanıb? O efirə gəlsə, mən çıxıb gedərəm. Mənim səviyyəmdə, şəxsiyyətimdə deyil. Əvvəldən onu aşıq kimi görmürəm. Davamız, söz-söhbətimiz olub. Sonuncu dəfə dedim ki, efirlərdə mənimlə işin olmasın”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO