Sevda: "Sinə əməliyyatı etdirdim, ehtiyac var idi"

Sevda: "Sinə əməliyyatı etdirdim, ehtiyac var idi"

Hazırda oxunan: Sevda: "Sinə əməliyyatı etdirdim, ehtiyac var idi"

240879

Müğənni Sevda Sanaliyeva açıqlaması ilə uzun sürən sükutu pozub.

Bizim.Media xəbər verir ki, sənətçi "Maqazin plyus" verilişinə bir müddət əvvəl keçirdiyi plastik əməliyyatlarından danışıb.

Sanaliyeva bildirib ki, üç ay əvvəl bədənşəkilləndirmə əməliyyatı keçirib:

"Üç ay əvvəl, yəni dekabr ayında bədənşəkilləndirmə əməliyyatı etdirdim. Burada gizlətməli bir şey də yoxdur. İstədiyimi geyinə və istədiyim kimi hərəkət edə bilmirdim. Bundan da depressiyaya düşürdüm. İstəyirdim ki, insanlar necə mahnılarımı sevirlərsə, eləcə də məni görəndə sevinsinlər və həvəslə mənə baxsınlar.
 

Liposaksiya, sinə əməliyyatı etdirdim. Hər ikisinə ehtiyac var idi. Bütün komplekslərimdən azad oldum. O qədər sevinirəm, o qədər həkimimə təşəkkür edirəm. Bu əməliyyatı həkimə güvənərək etdim. Əməliyyata gülə-gülə girdim. Əməliyyat 7 saat davam etdi. Heç kimə demədim ki, əməliyyata gedirəm. Görürsünüz mənim qarnım var. Qarın əməliyyatı etdirmədim.


Çünki bu əməliyyatdan sonra böyük kəsik izi qalır. Həkimimə söz verdim ki, sən məni liposaksiya et, o qarın hissəni özüm idmanla əridəcəyəm". (olay.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO