“Çölə çıxmıram, evdə tuta-tuta gəzirəm” - Ofeliya Sənaninin SON DURUMU

“Çölə çıxmıram, evdə tuta-tuta gəzirəm” - Ofeliya Sənaninin SON DURUMU

Hazırda oxunan: “Çölə çıxmıram, evdə tuta-tuta gəzirəm” - Ofeliya Sənaninin SON DURUMU

240766

“Neçə müddətdir ki, çölə çıxa bilmirəm. Evin içində tuta-tuta gəzirəm. Artıq buna öyrəşmişəm, heç bilmirəm vaxt necə gəlib gedir, darıxmıram”.

BizimMedia xəbər verir ki, bunu “musavat.com”a açıqlamasında Xalq artisti Ofeliya Sənani deyib. Diktor bildirib ki, hazırda müalicəsini davam etdirir:
 

“Ayaqlarım çox pis ağrıyır. Əsadan istifadə edirəm. Evdən çölə çıxmıram. Övladlarım, nəvələrim gəlib mənə baş çəkirlər, məni tək qoymurlar. Bu bayramda da yanımda oldular.  Nə etmək olar, yaş öz sözünü deyir, xəstəlikləri gətirir. Buna da şükür edirəm. Bir müddət öncə heç danışa bilmirdim. Bilirsiniz ki, infarkt keçirmişdim. İndi xeyli yaxşılaşmışam”.


Xatırladaq ki, 84 yaşlı xalq artisti ötən il infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. O həm də ağciyərində yaranan problemdən əziyyət çəkir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO