“Soruşurdu ki, məni həmişə sevəcəksən? - “Toppuş bacı”nın əri - FOTO

“Soruşurdu ki, məni həmişə sevəcəksən? - “Toppuş bacı”nın əri - FOTO

Hazırda oxunan: “Soruşurdu ki, məni həmişə sevəcəksən? - “Toppuş bacı”nın əri - FOTO

240431

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onunla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, mərhun xanımı haqqında bunları yazıb:

“Bu günü çox gözəl xatırlayıram. Necə xoşbəxt idik! Tez-tez mənə sual verirdi: “Məni həmişə sevəcəksən?” və “O dünyada seçim şansın olsa, məni yenə özünə yoldaş seçərsən?”
Bu gün məni belə görməyini çox istəyərdim, çünki indi böyümüş, yaş almış bir Röyal var – daha yetkin, daha qətiyyətli. Məni həmişə din xadimi kimi görmək istədiyini deyirdi. “Mən səninlə qürur duyuram, Röyal,” – deyirdi. Amma bu gün, bu böyümüş Röyal ilə daha çox qürur duyardı.

Mənə deyirdi: “Səndə elə bir şey olubmu ki, kiməsə səndən danışanda gözlərin dolsun?”

Bir neçə dəfə şahidi olmuşdum – mənim barəmdə danışanda gözləri dolurdu dərhal. Bəzən insanlar mənə “etibarlı insansan” deyirlər. Cavab olaraq deyirəm ki, mən “etibarlı” sözünü qəbul etmirəm, çünki mənim elə bir həyat yoldaşım olub ki, onun mənə olan sevgisinin şahidi olsaydınız, mənim etibarlılığımın bu gün heç bir əhəmiyyəti olmazdı. Evdə gözəl həyat yoldaşı, küçədə yoldaşının sevgilisi, işdə peşəkar, dostluqda sadiq, qardaş-bacısına, ata-anaya vəfalı bir Tünzalə Əliyeva!

İnşallah, tezliklə görüşəcəyik – bir gün tez, bir gün gec. O günə qədər isə Allaha aldığını, verdiyini, vermədiyini səbirlə gözləyəcəyik”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO