"Radiolar arasında ayrıseçkilik salmıram, hamısında əsl Azərbaycan mahnıları səsləndirilir.
Etiraf edək ki, televiziyada bu, fərqlidir".
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev verilişində deyib.
O, telekanallarda bayağı mahnıların reklam edilməsindən danışıb:
"Radiolar musiqi mədəniyyətimizə daha çox xidmət edirlər. Onlar daha çox o musiqini qoruyurlar. Azərbaycan radiolarında bayağı musiqilər eşitməmişəm. Çox nadir hallarda belə bir şey ola bilər. Amma radiolarımıza həqiqətən də halal olsun. Burada bayağı musiqinin və mahnıların səslənməsi mümkün deyil".
Bizim.Media