“Hələ də mənimlə bir evdə yaşayırmış kimi davam edirəm” – “Toppuş bacı”nın əri

“Hələ də mənimlə bir evdə yaşayırmış kimi davam edirəm” – “Toppuş bacı”nın əri

Hazırda oxunan: “Hələ də mənimlə bir evdə yaşayırmış kimi davam edirəm” – “Toppuş bacı”nın əri

235512

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onunla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, aktrisanın instaqram səhifəsində bunları yazıb:

“Uşaq olarkən çox xəyallar qurardım və çox düşünərdim ki, necə edim ki, öz səhvlərimi görüm və onları etməməyə çalışım. Xəyal qurmağa başladım, məsələn, özümə kənardan baxırdım.

Bəlkə də bu, ilk baxışdan doğru anlaşıla bilər. Və dəftərim var idi, həmişə evin altında gizlədirdim. Ora gündəlik etdiyim şeyləri yazırdım və günün sonunda nəyi düz, nəyi səhv etdiyimi bilməkdə mənə kömək edirdi.

2013-cü ildə həyatıma Tunus girdi və nağıl kimi həyat yaşadım. Sevdim, çox sevdim. 10 il ailə üçün çox az idi!

Amma şükür edənlərdənik, həmd olsun Allaha.

Və 2 ildir ki, yenidən xəyal qurmağa başladım. Tunus hələ də mənimlə bir evdə yaşayırmış kimi davam edirəm. Bu, çox kömək edir. Sevdiyin birinin digər dünyada olması heç nəyi dəyişmir, sadəcə toxuna bilmirsən. Qalan hər nə varsa, hər şeyi xəyalən yaşamağa davam edirsən.

Bir filmə baxmışdım. Qısa bir epizodda vida səhnəsi var idi. “Əlvida” demirəm, “xudahafiz” deyə vidalaşma səhnəsi var idi. “Gözəl üzlü, gözəl yarım, əlvida heç bir zaman demədim, tezliklə görüşəcəyik, inşallah, xudahafiz!”. O günə qədər isə səbr!”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO