"Toydan bəri Səidəni görməmişəm"

"Toydan bəri Səidəni görməmişəm"

Hazırda oxunan: "Toydan bəri Səidəni görməmişəm"

234314

Müğənni Kərim Abbasov uzun müddətdir dostluq etdiyi həmkarı Səidə Sultanı 2 ildir görmür. 

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı "Qonaqcanlı" verilişində danışıb. 

O, toydan bəri 22 illik dostu Səidə ilə görüşmədiyini bildirib:
 

"Səidə Sultan indi ailəlidir. Onu 2 ildir görmürəm. Dostluq edirik, amma görmürəm. Ancaq telefon vasitəsi ilə danışırıq. Çox evdən bayıra çıxmağı da sevmir. Onu bu müddət ərzində heç bir tədbirdə də görməmişəm. Ümumiyyətlə toydan bəri Səidəni görməmişəm. Dost o deyil ki, hər gün görüşüb, söhbət edəsən.


Aramızda heç bir soyuqluq yoxdur. Hətta o gün bir tədbirdə idim. Gördüm ki, camaatın içində Səidənin anası oturub. Səhnədən düşüb, onun qarşısına getdim. Soruşdum ki, Səidə haradadır? Cavab verdi ki, "Mən görəndə, sən də görəcəksən".

Qeyd edək ki, Səidə Sultan 2023-cü ildə ailə qurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO