Əməkdar artist Abbas Bağırov İtaliya səfəri zamanı başına gələn hadisəni danışıb.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, müğənni "İzzət şou"da qonaq olarkən Romada bütün pullarının və əşyalarının oğurlandığını deyib.
O bildirib ki, itirdiyi heç bir şeyi polis geri qaytarmayıb:
"Ənvər Sadıqovla birlikdə İtaliyaya Andrea Boçellinin konsertinə getmişdim. Çantamı qoydum, 1 dəqiqədə oğurlandı. İçində sənədlərim, pulum, hər şey getdi. Polisə müraciət etdik, dedi ki, nə edim? Heç bir köməklik göstərə bilmərəm. Gündə bəlkə 100 adamın əşyası oğurlanır.
Azərbaycan səfirliyinə müraciət etdik, Səxavət Məmmədovun oğlu Bəxtiyar orada çalışırdı. Getdim şəkil çəkdirməyə, yer işləmir. Öz fotomu çəkdim, kənarını düzəldib, göndərdim. Sərhəddə baxırdılar mənə, başa düşürdülər. Çünki bütün sənədi oğurlanan o kağızla gedir. Kefimi pozmadın, konsertə də getdik".
Bizim.Media