"Nanənin xəbəri olmayıb" - Qalmaqallı sürprizdən DANIŞDI

"Nanənin xəbəri olmayıb" - Qalmaqallı sürprizdən DANIŞDI

Hazırda oxunan: "Nanənin xəbəri olmayıb" - Qalmaqallı sürprizdən DANIŞDI

223748

Əməkdar artist İlkin Əhmədov “7 Tamam” verilişində yaşadığı qalmaqaldan danışıb.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, “Xəbərin var?” proqramında qonaq olan xanəndə həmin məsələdə aparıcı Nanə Ağamalıyevanın günahının olmadığını bildirib: 

"Nanə xanımın bu məsələdən xəbəri olmayıb. Orada bir işçi var, heyif ki, elə işçilər var.
 

Prodüserdir və o, Nanə xanımı razı salıb ki, İlkin bəyin xəbəri var. Məndə də səs yazıları var idi. Onları üzə çıxartdım ki, etiraz etmişəm. O xanım haqda ölçü götüzdürəcəkdim. Sona kimi getmişdim. Lakin həmin şəxsin xanım olması və səhvlərini etiraf etmələri məni fikrimdən daşındırdı. Həm də kanalın adının hallanmasını istəmədim. Mən belə şeylərlə gündəmdə olmaq istəmirəm, ayıbdır".


Qeyd edək ki, Əməkdar artist İlkin Əhmədova "7 Tamam" proqramında sürpriz edilərək, üçüncü övladının dünyaya gələcəyi haqda məlumat verilmişdi. Muğam ifaçısının bu görüntüləri sosial şəbəkədə tənqid edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO