Əməkdar artist Elza Seyidcahan illər əvvəl qalmaqal yaşadığı mərhum Xalq artisti İlhamə Quliyevadan söz açıb.
Bizim.Media olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Söhbət var” verilişində danışıb.
Seyidcahan Quliyevanın müsahibələrin birində onun ünvanına söylədiyi “Boynunun ardını görəndə millət vəkili olacaqsan” sözlərini yada salaraq gülüb.
“İlhamə mənə dedi ki, Sən millət vəkili olmayacaqsan”, - deyə Elza bildirib.
Proqramda qonaq olan Əməkdar artist Nüşabə Ələsgərli mərhum sənətkarla bağlı xatirələrini bölüşüb:
“İlhamə Quliyevanın anası Tükazban İsmayılova dekabrın 21-i anadan olub. Mən də eyni tarixdə dünyaya gəlmişəm. Hər dekabrın 21-də baxmayaraq ki, mən haradayamsa, İlhamə xanım mənə zəng edirdi. Deyirdi ki, “haradasan, gəl çıx da, sənin tortunu almışam kəsməmişik, gözləyirik”. Öz qonaqları ilə otururdu, anası üçün məclis edirdi, Tükazban xanımın tortu kəsilirdi, deyirdi ki, “gözləyin indi Nüşabə də gələcək”. İlhamə xanım deyirdi ki, “ad günün mübarək Nüşabə”. Bunu mən instaqram səhifəmdə də paylaşmışam.
İlhamə xanımın qəlbində uşaqlıq da var idi, böyüklük də... Kaprizi də var idi, ürəyiyumuşaqlıq da vardı.
O ağlasa da heç kimə bunu göstərmirdi. O, arxada heç kimin görmədiyi göz yaşlarını içinə axıdardı. Onun hegemon xasiyyətini göstərməsinin bir səbəbi də ürəyində olan qəmini gizlətmək üçün maska taxması idi” sözlərini dilə gətirib.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
00:56 / 04.12.2024
“Dedi ki, sən millət vəkili olmayacaqsan” - VİDEO
Hazırda oxunan: “Dedi ki, sən millət vəkili olmayacaqsan” - VİDEO
Hazırda oxunan: “Dedi ki, sən millət vəkili olmayacaqsan” - VİDEO
223610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.