Xalq artisti qavaldaş maketinə görə 55 min manat təzminat tələb edir - FOTO

Xalq artisti qavaldaş maketinə görə 55 min manat təzminat tələb edir - FOTO

Hazırda oxunan: Xalq artisti qavaldaş maketinə görə 55 min manat təzminat tələb edir - FOTO

223257

"Ritm" qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinovun vaxtilə komandasında olan nağaraçı, "Amarok" zərb alətləri qrupunun rəhbəri Ramil Cahangirova qarşı məhkəmədə qaldırdığı iddia ilə bağlı yekun məhkəmə iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Raminə Eyvazqızı sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilir ki, yekun iclas sabah Sumqayıt Şəhər Məhkəməsində keçiriləcək.
 

Xalq artisti bir ildir ki, məhkəmələrdə R.Cahangirovun onun patentləşdirdiyi qavaldaş maketini mənimsədiyini və ona uyğun özünə alət düzəltdiyini iddia edir. Bir neçə dəfə ekspertiza aparılsa da, konkret rəy və qərar verilməyib.


N.Şirinov qarşı tərəfə 55 min manatlıq təzminat iddiası qaldırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO