Zaur Baxşəliyev aparıcısı olduğu “Bizimləsən” ictimai-sosial verilişində açıqlaması ilə diqqət çəkib.
Bizim.Media olay-a istinadən xəbər verir ki, televiziya ulduzu proqrama pənah gətirən atanın övladı ona sahib çıxmadığı üçün küçələrdə qalması hadisəsinə şərh bildirib.
Zaur övladın valideyninə qarşı etdiyi bu hərəkətin qarşılığında uşağını atıb gedən ana-atalara haqq qazandırıb:
“Ən ideal bildiyiniz övlad da bir gün yerə düşsəniz, inandırım sizi ki, 10 gün və ya 1 ildən sonra ürəyində də olsa deyəcək ki, “Ay Allah, o mənə narahatlıq verir”. Çalışın, düşməyin, yıxılmayın. Allah bütün yaşlı nəslə sağlamlıq versin. Sağlamlığınızı qoruyun. Həyatınızı, ömrünüzü uşaqlar üçün çürütməyin. Kimsə mənim bu fikrimi övlad-valideyn münasibətlərinin soyuması kimi təqdim edəcəksə, səhv edir. Bu günə qədər gördüyüm təcrübədən bilirəm. Bu şəxs sağlam olanda, ayaqları üzərində duranda hamıya lazım idi, indi isə heç kimə lazım deyil. Çünki o indi artıqdır, yer tutur. Kiminsə otağı dardır, evi yoxdur, kimsə kirayədə qalır. Onda biz niyə uşağını atıb qaçan ana və ataları qınayırıq? Onları qınamamalıyıq. Xəstə kişini “Mən kirayədə qalıram, atamı haraya gətirim? ” deyən övladı zamanında ata da deyir ki, “Mənim də saxlamağa yerim yoxdur, qoyub gedirəm”.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:16 / 16.11.2024
“Ömrünüzü uşaqlar üçün çürütməyin” - VİDEO
Hazırda oxunan: “Ömrünüzü uşaqlar üçün çürütməyin” - VİDEO
Hazırda oxunan: “Ömrünüzü uşaqlar üçün çürütməyin” - VİDEO
221008
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
22:12
COP29-da süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı roldan DANIŞILDI - FOTO
16:21
“"Liverpul" dünyada ən uğurlu futbol klublarından biridir” - Klubun sosial layihələr direktoru
13:00