Model Razi Əliyeva həyat yoldaşı Nicat Əliyevdən ayrılıb.
Bizim.Media “axşam.az”a istinadən xəbər verir ki, ana olmağa hazırlaşan model iyunda boşanmaq üçün məhkəməyə müraciət edib.
Bu haqda Nicat rejissor Nail Naiboğlunun "Qırmızı" yutub layihəsində deyib:
"Anlaya bilmədim niyə insan hamiləliyinin 5-ci həftəsində ərindən qaçar? İki vəkil tutub. Nə xəyanət etdim, nə əl qaldırdım. Deyir ki, həyatdır, boşanmaq adi haldır. Deyirəm ki, uşaq gözləyirik. Camaat deyir ki, uşağın atası kimdir. Ona deyirəm ki, yaşadığın hadisələrdən sonra biz nümunəvi ailə olmalıyıq. Qayıtdı ki, mənim üçün fərqi yoxdur, rəfiqələrim tək uşaq doğublar. Deyirəm ki, bəlkə onların başqa seçimi yoxdur.
Biz ailə quranda o mənə şərt qoydu: dedi, təzə salon istəyirəm. Bunu etdim, 3-4 ay təmir işi çəkdi. Ayın 4-də təmir bitdi, 5-də isə məhkəməyə getdik. Məhkəmədə belə ona yardım etdim.
Gördüm mənim sözümü eşidən yoxdur. Söz-söhbətimiz düşdü, qışqırdım və Razi getdi məhkəməyə. Anası anama zəng vurdu. Gecə saat 4-də təmir bitdi, salonu təhvil verdim, səhər 10-da məhkəməyə gəldim. Anasına izah etdim ailədə söz-söhbət olar. Amma dedi ki, qəti fikrimdir, boşanıram".
Bizim.Media