Ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova (Renka) dəvət aldığı məclislərdən birinə qeyri-adi obrazda gəlib.
Bizim.Media xəbər verir ki, rəqs qrupu ilə birgə məclislərin birinə dəvət alan rəqqasə maraqlı kompozisiya hazırlayıb.
Belə ki, həm rəqqasları, həm özü qoca kişi və qadın obrazında, üzündə maska ilə məclisə daxil olublar. Qonaqlar onu tanımasa da, maskasını çıxardıqdan sonra hər kəs təəccüblənib.
Rəqqasə daha sonra rəqsini ənənəvi libasında davam etdirib.
Bizim.Media