"Amerikaya istedad vizası ilə gəlmişəm. Bu vizanı qeyri-adi istedadı olanlara verirlər. Son illər tükənmişdim, o işdə işləmək istəmirdim.Mənim üçün pul qazanmaq yolu o idi. Uzun illər etdiyim peşəm bu idi, ona görə onunla məşğul olurdum. Zövq alırdım? Yox... İnsanlar komfort zonalarından çıxa bilmir. Amma mən çıxıram. Stabil qalmaq mənim üçün bataqlıqdır. Bakıda gördüyüm işlə Amerikada işləmək istəmirəm. Yəqin ticarətlə məşğulolacağam".
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmli həmkarı Səxavət Nurun "Americano" Youtube layihəsində deyib. 6 aydır Amerikaya köçən Hüsniyə oradakı həyatından, köçməyindən danışıb.
Aparıcı ailəsi ilə bağlı verilən suala belə reaksiya verib:
"O qədər şəxsi suallar verirlər ki... Hamını maraqlandırır ki, kiminlə köçmüşəm, uşaqlarım necə oldu? 20 ildir televiziya sahəsində işləyirəm, amma şəxsi həyatımı işıqlandırmamışam. Gizlədəsi nəsə də yoxdur. Ailəmlə, uşaqlarımla buraya köçmüşəm. Onlar Bakıya tez-tez gedib gəlirlər. Mən də onlarla gedirdim, amma gördüm buradakı işlərim qaldı. Ona görə indi mən burada qalıram, ailəm gedib-gəlir. Biz demokratik ailəyik, hər kəsin fikri önəmlidir. Narahat idim ki, mən istəyirəm, bəlkə ailəm istəməz. Amma onları geri qaytara bilmirdim".
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:53 / 02.11.2024
Hüsniyə ABŞ-yə kiminlə köçüb, övladları haradadır?
Hazırda oxunan: Hüsniyə ABŞ-yə kiminlə köçüb, övladları haradadır?
Hazırda oxunan: Hüsniyə ABŞ-yə kiminlə köçüb, övladları haradadır?
218987
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.