Doğuş Xoşqədəmlə mübahisə edib, studiyanı tərk etdi

Doğuş Xoşqədəmlə mübahisə edib, studiyanı tərk etdi

Hazırda oxunan: Doğuş Xoşqədəmlə mübahisə edib, studiyanı tərk etdi

217404

Müğənni Doğuş həyat yoldaşı, Xoşqədəm Hidayətqızı ilə efirdə mübahisə edib.

Bizim.Media olay.az-a istinadən xəbər verir ki, hadisə sənətçinin xanımının aparıcısı olduğu “Səni axtarıram” ictimai - sosial verilişində yaşanıb.

Belə ki, verilişdə mövzu ilə bağlı fikrini bildirməyə çalışan Doğuşa Xoşqədəm “Qısa danış” söyləyib.

Hidayətqızının bu sözü Doğuşun xoşuna gəlməyib.

Müğənni əsəbi halda “Mən sənin ekspertin deyiləm. Vaxtın yoxdur çağırma” söyləyərək studiyanı tərk edib.

Onun bu addımı isə Xoşqədəmi məəttəl qoyub.

Proqramın gedişatında aparıcı “Verilişdə nə qədər problemlər var, hamısı haqda danışmalıyıq. İki saata çatmalıdır mövzular” söyləyərək əri Doğuşu studiyaya qaytarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO