Türkiyənin tanınmış aktrisası Bakıda monotamaşa ilə çıxış etdi - FOTO

Türkiyənin tanınmış aktrisası Bakıda monotamaşa ilə çıxış etdi - FOTO

Hazırda oxunan: Türkiyənin tanınmış aktrisası Bakıda monotamaşa ilə çıxış etdi - FOTO

214856

Türkiyənin tanınmış aktrisası Sumru Yavrucuk “Şerli Valentin” monotamaşası ilə Bakıda çıxış edib.

Bu barədə Bizim.Media-ya  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən bildirilib.

Tamaşa nazirliyin dəstəyi, “Caspian Media Group”un təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunub.

İkipərdəli monotamaşanı seyr etməyə gələnlər sırasında nazirliyin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, iş adamları yer alıb.

İkipərdəli səhnə əsəri gündəlik qayğıların cansıxıcılığında itib-batan Şerli Valentinin həyat hekayəsidir. O özünü yenidən kəşf edir və həyat yolunda ayaqları üstə möhkəm dayanmağa başlayır. Sumru Yavrucukun quruluş verdiyi monotamaşa teatrsevərlərə unudulmaz anlar yaşadıb. Tamaşa zamanı Eldar Mansurovun “Bayatılar” mahnısına da yer verilib.

Səhnə əsəri sürəkli alqışlarla qarşılanıb.

Türkiyədə teatr sahəsi üzrə bir sıra mükafatların laureatı olan S.Yavrucuk “Yabancı damat”, “Evlilik haqqında hər şey”, “Şahanə həyatım” kimi seriallarda da yaddaqalan obrazlar canlandırıb.

“Şerli Valentin” (Shirley Valentine) ingilis dramaturq və bəstəkarı Vilyam Rasselin (William Russell) pyesidir. Əsər əsasında eyniadlı film (1989, rejissor Lewis Gilbert) də çəkilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO