"Biznesim var idi. Koronavirus mane oldu. O qədər də böyük zərər olmadı. Yeni biznes üçün məqam gözləyirəm".
Bizim.Media xəbər verir ki, bu fikirləri müğənni Elariz Məmmədoğlu moderator.az-a açıqlamasında deyib.
O, gələcək biznesindən danışıb.
"Hələ nə olacağı sirdir. ABŞ-da hər bir işə tələbat var. Burada sahibkar, yaxud da adi işçi olmağın heç bir fərqi yoxdur. Əsas pul qazanmaqdır. Qazancım haqda soruşurlar, amma bu haqda heç bir açıqlama vermək istəmirəm"., - deyə müğənni bildirib.
Müğənni ABŞ-də dil öyrəndiyini də bildirib.
"Hər kəs ingilis dilini bilməlidir. Rus dili ingilis dilindən 20 dəfə çətindir. Mən də ingilislərin məktəbinə gedib dili mənimsədim. Şükür ki, nəticəsi oldu", - deyə o bildirib.
"ABŞ-da müğənni olmaq yaxşıdır, yoxsa Azərbaycanda?" sualına müğənni belə cavab verib:
"Mən Azərbaycan türküyəm və Azərbaycanda oxumaq mənim üçün daha maraqlıdır. Çünki Azərbaycanı sevirəm".
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
18:12 / 08.09.2024
Elariz Məmmədoğlu yeni biznesindən danışdı: "Qazancım haqda soruşmayın" - FOTO
Hazırda oxunan: Elariz Məmmədoğlu yeni biznesindən danışdı: "Qazancım haqda soruşmayın" - FOTO
Hazırda oxunan: Elariz Məmmədoğlu yeni biznesindən danışdı: "Qazancım haqda soruşmayın" - FOTO
210554
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.