Engin Polat sərbəst buraxıldı – VİDEO

Engin Polat sərbəst buraxıldı – VİDEO

Hazırda oxunan: Engin Polat sərbəst buraxıldı – VİDEO

210239

"Çirkli pulların yuyulması" iddiası ilə həbs edilən türkiyəli iş adamı Engin Polat və daha 3 nəfər azadlığa buraxılıb. 

Bizim.Media “CNN Türk”ə istinadən xəbər verir ki, bu gün keçirilən məhkəmədə Engin Polat, Sezgin Polat, Alper Kürşat Polat və Ahmet Günün azadlığa buraxılmasına qərar verilib. 
 

Azadlığa buraxılan biznesmeni həyat yoldaşı Dilan Polatın sevinclə qarşıladığı görüntülər sosial şəbəkələrdə yayılıb. 


Xatırladaq ki, Türkiyə polisinin 1 noyabr 2023-cü il tarixindən etibarən mərkəzi İstanbul olan 6 vilayətdə həyata keçirdiyi əməliyyatlarda aralarında türkiyəli məşhur fenomen Dilan Polat və əri Engin Polatın da olduğu 24 şübhəli saxlanılıb. Onlar Türkiyəyə gətirilən “qara pulları təmizləmək”də ittiham olunublar. 

İstintaq çərçivəsində şübhəlilərdən 16-sı həbs edilib, hakim 27 şirkətə qəyyum təyin edilməsinə qərar verib. 

Dilan Polatın vəkili Sevinç Horoz avqustun 19-da Anadolu 8-ci Ağır Cəza Məhkəməsinə həbs qərarı ilə bağlı etiraz ərizəsi təqdim edib. Bu çərçivədə Dilan Polatın azadlığa buraxılmasına qərar verilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO