Fatimə: “Oğlumun atası elə bir kişinin oğludur ki...” – VİDEO 

Fatimə: “Oğlumun atası elə bir kişinin oğludur ki...” – VİDEO 

Hazırda oxunan: Fatimə: “Oğlumun atası elə bir kişinin oğludur ki...” – VİDEO 

203183

Göyçək ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva həyat yoldaşı Xəyal bəylə ayrılması xəbərlərinə münasibət bildirib.  

Bizim.Media xəbər verir ki, Fatimə bu barədə “Qonaqcanlı” verilişində danışıb. 

Fatimə əri və ərinin ailəsi haqqında bu sözləri dilə gətirib: 

“Çox xoşbəxt qadın və anayam. Dünyaya gətirdiyim oğlumun atası elə bir kişinin oğludur ki, Allah ona və anası Mehtab xanıma can sağlığı versin. Qayınanamın əllərindən öpürəm. Hamıya o xanım kimi qayınana arzu edirəm. Onun çox gözəl qəlbi var. Baldızım Aygün xanımı da öpürəm. Nə yaxşı ki, mən Fatimə sizi tanımışam. Nə yaxşı siz varsınız mənim həyatımda. Onlar hamısı mənim oğlumun yanındadırlar”. 

Qeyd edək ki, Fatimə Fətəliyeva illər əvvəl Aydın adlı bəylə ailəli olub. Onların bu evliliyindən Aydan adlı qızları dünyaya gəlib. İllər sonra Fatimə ikinci dəfə Xəyal adlı bəylə ailə qurub. 

Onların bu nikahından Hüseyn adlı övladı doğulub.  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO