“Qara pantera” ləqəbi ilə tanınan dünya şöhrətli supermodel Naomi Kempbell paylaşımı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, 54 yaşlı podium ulduzu yoqa dərsində başıaşağı pozada çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Kempbell “Sürətli və Qəzəbli” filminin ulduzu Mişel Rodriges və ispan aktyor Jon Kortajarena ilə birlikdə idman edib.
Şərhlərdə Kempbellin izləyiciləri onun elastikliyinə heyran olublar.
İzləyicilər modelin sözügedən fotosunun şərh bölməsinə “Həmişə gənc və gözəl”, “İllər keçdikcə şərab kimi olursan”, “Aman Allah, mənim 47 yaşım var və sən məni yoqa ilə məşğul olmağa ruhlandırırsan” yazıblar.
Qeyd edək ki, bu yaxınlarda 90-cı illərin podium ulduzu İbizada Mişel Rodrigezin ad gününü qeyd edərkən bikinili pozları ilə görənləri təəccübləndirib. Qızılı çimərlik paltarı geyinən Naomi yaxtada istirahət edərkən paparassilərin hədəfinə tuş gəlib.
Bununla yanaşı ulduz ilk dəfə övladlarının surroqat ana sayəsində dünyaya gəlməsi haqqında danışıb. O, həmçinin bildirib ki, qızı 2021-ci ilin mayında, oğlu isə 2023-cü ilin iyununda dünyaya gəlib. Naomi uşaqların adlarını açıqlamayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:08 / 22.07.2024
54 yaşlı Naomi Kempbell başıaşağı pozları ilə GÜNDƏMDƏ – FOTO
Hazırda oxunan: 54 yaşlı Naomi Kempbell başıaşağı pozları ilə GÜNDƏMDƏ – FOTO
Hazırda oxunan: 54 yaşlı Naomi Kempbell başıaşağı pozları ilə GÜNDƏMDƏ – FOTO
203069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.