Xalq artisti Hacı İsmayılov mərhum həmkarı Nuriyyə Əhmədova haqqında danışmaqdan boyun qaçırıb.
Bizim.Media xəbər verir ki, bu haqda aktrisa Ülviyyə Xəlilbəyli aparıcısı olduğu "O üz" verilişində deyib.
Ülviyyə bildirib ki, proqramlarının N.Əhmədovaya həsr edilən buraxılışında aktyordan onunla bağlı xatirələrini bölüşməsini istəsələr də, İsmayılov buna razılıq verməyib:
"Aktyorlar var ki, Nuriyyə xanıma dönük çıxdı. Onlara zəng edib dedik ki, müsahibə alaq. Cavab verdilər ki, bizdən başqa adam yoxdur, müsahibə alasınız? Hacı İsmayılov heç vaxt onun haqqında danışmaq istəmir. "Həm ziyarət, həm ticarət" filmində tərəf müqabili olublar. Amma dəfninə belə getməyib, onunla bağlı danışmaq istəmir".
Rəşad Əliyev, Bizim.Media