Alla Puqaçova oğlu ilə Yurmalada GÖRÜNTÜLƏNDİ – VİDEO 

Alla Puqaçova oğlu ilə Yurmalada GÖRÜNTÜLƏNDİ – VİDEO 

Hazırda oxunan: Alla Puqaçova oğlu ilə Yurmalada GÖRÜNTÜLƏNDİ – VİDEO 

201659

Rusiyanın Xalq artisti Alla Puqaçova ailəsi ilə birlikdə Latviyaya uçub. 

Bizim.Media xəbər verir ki, 75 yaşlı rus etradasının primadonnası və onun 10 yaşlı oğlu Harri Latviyanın kurort şəhəri Yurmalada, mərkəzdə gəzərkən görüntülənib. 

Müğənni gəzinti üçün açıq-saçıq köynək, ağ şort və idman ayaqqabısı seçib, görünüşünü gün eynəyi ilə tamamlayıb. Harri isə kapüşonlu sviter və cins şalvar geyinib. 
Xatırladaq ki, Alla Puqaçova və Maksim Qalkin övladları ilə birlikdə Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyanı tərk ediblər. Allanın əri, yumorist Maksim Qalkin Rusiya hakimiyyətini dəfələrlə tənqid edib, açıq şəkildə pisləyir.

Alla Puqaçova da eyni mövqedən çıxış etdiyini dəfələrlə açıqlayıb. İndi cütlük İsraildə yaşayır, həm də başqa ölkələrə səyahət edir.

Keçən ay Alla Puqaçova övladları ilə birlikdə Maksim Qalkinin 48 yaşını qeyd ediblər. 
 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO