Alsu milyarder ərini MƏHKƏMƏYƏ VERDİ 

Alsu milyarder ərini MƏHKƏMƏYƏ VERDİ 

Hazırda oxunan: Alsu milyarder ərini MƏHKƏMƏYƏ VERDİ 

200960

Rusiyalı müğənni Alsu Moskvanın Savyolovski Məhkəməsində milyarder əri Yan Abramovla birgə əldə etdiyi əmlakın bölünməsi ilə bağlı iddia qaldırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. 

Bildirilib ki, iddia ilə bağlı iclas iyulun 26-na planlaşdırılıb.

Ehtimallara görə, keçmiş cütlük Moskvada elit yaşayış kompleksinin 57-ci mərtəbəsindəki bir mənzili, Rublyovkada 3 min kvadratmetr sahəsi olan 4 mərtəbəli malikanəni, Krımda şəxsi çimərliyi olan bir villa (estakada, tövlə, tennis kortu, vertolyot meydançası və öz məscidi) , həmçinin Londonda “St John's Wood-da Lord's Cricket Ground”un yanında mənzili aralarında böləcəklər. Alsu hələ bu xəbərlə bağlı açıqlama verməyib.

Yan Abramov ailəni boşanmaqdan xilas etmək istədiyini, lakin boşanma baş verəcəyi təqdirdə 41 yaşlı keçmiş həyat yoldaşına 2,5 milyard rubl ödəyəcəyini vəd etdiyini bildirib. 

Xatırladaq ki, artıq bir neçə həftədir ki, bir çoxları 18 illik evlilikdən sonra Alsu və yəhudi milyarder Yan Abramovun qalmaqallı boşanmasını müzakirə edir. Model Anastasiya Reşetovanın bu işdə əlinin olması isə məsələni daha da alovlandırır.

28 yaşlı model uzun illər arvadını aldatdığı iddia edilən 46 yaşlı Abramovun məşuqəsi hesab olunur. Reşetovanı 41 yaşlı Alsunun “surəti” adladırırlar. Abramovla Reşetova arasındakı əlaqə haqqında şayiələr uzun müddətdir ki, gəzir, lakin Alsu özü də bu yaxınlarda onları dolayı yolla təsdiqləyib. Belə ki, ifaçı Reşetovanın “yalan danışdığını” ilə bağlı sosial şəbəkə hesabında uzun bir post yazıb. 
Qeyd edek ki, Alsu və Yan Abramov 2006-cı ildə evləniblər. Cütlük çoxlu sayda məşhur qonağın iştirakı ilə dəbdəbəli toy edib və bu, bəyə 3 milyon dollara başa gəlib. Cütlüyün birlikdə üç övladı var: 17 yaşlı Safina, 16 yaşlı Mişella və altı yaşlı Rafael. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO