Corcinadan sevgilisi Ronaldo ilə bağlı PAYLAŞIM – FOTO 

Corcinadan sevgilisi Ronaldo ilə bağlı PAYLAŞIM – FOTO 

Hazırda oxunan: Corcinadan sevgilisi Ronaldo ilə bağlı PAYLAŞIM – FOTO 

200523

Dünya futbolunun ulduz oyunçusu Kriştiano Ronaldonun səkkiz ildir birlikdə olduğu sevgilisi Corcina Rodriqes onunla və uşaqları ilə çəkilən yeni fotolarını nümayiş etdirib. 

Bizim.Media xəbər verir ki, fotolarda karyerasında sonuncu Avropa çempionatı “Avro 2024”ün müzakirə dolu fonunda 39 yaşlı Ronaldonun ev halı əks olunub. 

Kriştianodan fərqli olaraq 30 yaşlı Corcina hər zaman olduğu kimi makiyajlı və bəzək-düzəkli formada olub.

Bir neçə gün əvvəl isə Corcina yüz minlərlə pərəstişkarı ilə birlikdə stadionda sevgilisini alqışlamaq üçün Almaniyaya gedib. 

Xatırladaq ki, 1/8 final matçı Ronaldo üçün çox emosional olub. Beləki o, penaltini vura bilməyib, buna görə də meydanda göz yaşlarını saxlaya bilməyib. O bu penalti ilə uğursuzluğa düçar olsa da, Portuqaliya 3:0 hesabı ilə qalib gələ bilib və irəliləyiblər. 
Qeyd edək ki, Corcina Rodriqez və Kriştiano Ronaldo 2016-cı ildən görüşür. Onlar birlikdə beş uşaq böyüdürlər - ikisi ümumi və üçü Ronaldonun Rodriqes ilə münasibəti başlamazdan əvvəl dünyaya gəlib. 2022-ci ildə cütlük əkizlər - bir oğlan və bir qız dünyaya gətirib, lakin oğlan doğuş zamanı ölüb. Cütlük uzun müddətdir ki, rəsmi nikahda deyil, lakin onlar nişanlıdırlar və evlənməyi planlaşdırırlar. 














Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO