Xəbər verdiyimiz kimi, Damla İranda hicab qaydalarına riayət etmədiyinə görə, çıxış etdiyi məkan müvafiq orqanlar tərəfindən möhürlənib.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
Damlanın Ərdəbildə hicabsız çıxış etdiyi məkanı BAĞLADILAR - VİDEO
Dəstəyi qaldıran Damlanın prodüseri Şamil hadisəni belə nəql edib:
“Biz Ərdəbil şəhərinə konsertə yox, toya gəlmişik. Məclis qapalı yox, açıq havada, həyətdə keçirildi. Bizim qaldığımız oteli və Damla xanımın bəzəndiyi gözəllik salonunu möhürləyiblər. Bizə heç bir təzyiq olmayıb. Biz artıq iki gündür ki, Bakıdayıq. Hər şey qaydasındadır".
Rəşad Əliyev, Bizim.Media