Müğənni Manaf Ağayev qadın həmkarı Afət Fərmanqızına ev bağışlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda Afət dəbdəbəli mənzilində qonaq qəbul etdiyi “Ay Zaur” verilişində deyib.
“Bu evi mənə Manaf bağışlayıb. Heç mən bunu qardaş-qardaş arasında görməmişdim. O məndən pul almadan bu evi adıma keçirdi. Bilmirəm o mənəmi bu qədər etibar etdi, yoxsa özü belə ürəkli oğlandır. Burada iki nüans var. Mən onda Manafı özüm üçün kəşf etdim ki, necə böyük ürəyə malikdir”, - deyə A.Fərmanqızı vurğulayıb.
Onun bu sözlərinə Manaf “Mən heç bir işi sənətə görə etmirəm. Mənim üçün ən əsası qarşımda duran insanın əsl insan olmasıdır” deyərək cavab verib.
Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Fatma Mahmudova efirlərin birində meyxanaçı Namiq Məna tərəfindən ona bağ evi hədiyyə olduğunu bildirmişdi. Lakin söz xiridarı bu məsələnin zarafat olduğunu açıqlamışdı.
- A-
- A
- A+
Şoutaym
10:44 / 02.07.2024
Manaf Afətə EV BAĞIŞLAYIB – VİDEO
Hazırda oxunan: Manaf Afətə EV BAĞIŞLAYIB – VİDEO
Hazırda oxunan: Manaf Afətə EV BAĞIŞLAYIB – VİDEO
200033
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.