Miri Yusifin xanımı:

Miri Yusifin xanımı: "Gördüyün mənzərə yanır, heç nə edə bilmirsən" - VİDEO

Hazırda oxunan: Miri Yusifin xanımı: "Gördüyün mənzərə yanır, heç nə edə bilmirsən" - VİDEO

199785

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva 10 ildir ki, köçüb, yaşadıqları Kuşadasındakı dəhşətli meşə yanğını ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, yanğına öz gözləri şahidlik edən sənətçinin xanımı anbaan təbiət hadisəsini lentə alaraq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb:

Nərgiz baş verən meşə yanğınını bu sözlərlə nəql edib:

“On ildir burada yaşayırıq, heç belə yanğın olmamışdı. Hər şey yaxşıdır, biz yaxşıyıq. Yaşadığın yerin, evinin uzağı-yaxını olmaz. Hər yer sənin evindir. Dünən səhərə qədər üzüntüdən yata bilməmişəm. Gördüyün mənzərə, meşə yanır, heç nə edə bilmirsən. Ancaq səhərə yaxın söndürüldü. Geriyə ancaq üzüntü qalır. Yenə bir insanın cahilliyindən, axmaqlığından minlərcə heyvan, ağaclar yandı”.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO