Xəbər verdiyimiz kimi, Bakıda Ağa Nemətulla küçəsi 70 ünvanında 17 mərtəbəli binada liftin trosu 7-ci mərtəbədə olarkən qırılıb. Qəza nəticəsində 5 qadın müxtəlif növ ciddi bədən xəsarətləri alıb.
Bizim.Media-nın qaynar xəttinə daxil olan məlumata görə, həmin liftdə müğənni Təranə Qumral da olub.
Məsələ ilə bağlı redaksiyamızın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb. Həmin binada yaşadığını təsdiqləyən Təranə bildirib ki, o liftdən çıxdıqdan sonra bu dəhşətli hadisə baş verib:
“Liftin içində olmamışam, amma xəsarət alan xanımlarla üzbəüz gəlmişəm. Belə ki, mən qızımla liftdən çıxmışam, onlar giriblər. Daha sonra lift qırılıb. Həmin hadisə mənim də başıma gələ bilərdi. Binadakı qan hələ də təmizlənməyib, lift də təmir olunmayıb. Biz 13-cü mərtəbədə yaşayırıq. Hər gün mənzilimizə ayaqla qalxıb düşürük. 17 ildir ki, bu binada yaşayırıq və bu illər ərzində lift sarıdan çox əziyyət çəkirik. Bina yiyəsizdir. Hələ də bizə çıxarış verilməyib. Dəfələrlə aidiyyəti qurumlara müraciət və şikayət etsək də, heç bir nəticə yoxdur”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:03 / 25.06.2024
Qırılan liftdə Təranə Qumral da olub? - ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: Qırılan liftdə Təranə Qumral da olub? - ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: Qırılan liftdə Təranə Qumral da olub? - ÖZƏL AÇIQLAMA
198927
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.