Məşhur aktyor köpəkbalığının hücumuna məruz qalaraq dünyasını dəyişdi – FOTO 

Məşhur aktyor köpəkbalığının hücumuna məruz qalaraq dünyasını dəyişdi – FOTO 

Hazırda oxunan: Məşhur aktyor köpəkbalığının hücumuna məruz qalaraq dünyasını dəyişdi – FOTO 

198815

Məşhur sörfçü və “Karib dənizinin quldurları” bədii filminin dördüncü hissəsinin ulduzu Tamayo Perri Havayın Oahu adasında köpəkbalığının hücumuna məruz qalaraq dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, 49 yaşlı aktyorun qolu və ayağı olmayan cəsədi Malaekahana çimərliyi yaxınlığında okean sahilində tapılıb. 

Hadisə iyunun 23-də baş verib. 

Yerli sakinlərdən biri aktyoru çıxarmağa çalışsalar da, o, çox qan itirərək ölüb. Daha sonra təhlükəsizlik rəsmiləri adanın həmin ərazisində köpəkbalıqları ilə bağlı xəbərdarlıq ediblər. 
Qeyd edək ki, Perri “Karib dənizinin quldurları: Qərib dalğalarda” filmindəki pirat rolu, həmçinin “Mavi dalğa” filmi və “Havay beşliyi.0” serialındakı işi ilə tanınıb. 2015-ci ildə o, kino karyerasını bitirmək və özünü sevimli məşğuliyyətinə - sörfinqə həsr etmək qərarına gəlib. Tamayo Perri xilasedici işləyib və boş vaxtlarında sörfinqlə məşğul olub.  


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO