Müğənni Nadir Qafarzadə efirdə anasından danışaraq göz yaşlarına qərq olub.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində anasının sağikən bir dərmana ehtiyacı olduğunu bildirib.
Nadir bildirib ki, efirdə reklam olunan dərmanı maddi imkanı çatmadığı üçün ala bilməyib:
"Anam xəstə idi... O zamanlar efirdən bir dərmanı reklam edirdilər. O zamanlar da alternativ televiziya kanalları çox az idi. Günlərin bir günü anam mənə dedi ki, “bu dərmanı mənə al mən sağalacağam”. Amma mənim imkanım çatmadı ki, anama o dərmanı alım (ağlayır)".
Bu sözlərdən sonra N.Qafarzadə göz yaşı içində studiyanı tərk edib.
Rəşad Əliyev, Bizim.Media