Ruhəngiz Allahverdiyeva: “Efirdə güzgülərimi satdığıma görə məni lağa qoydular” – VİDEO 

Ruhəngiz Allahverdiyeva: “Efirdə güzgülərimi satdığıma görə məni lağa qoydular” – VİDEO 

Hazırda oxunan: Ruhəngiz Allahverdiyeva: “Efirdə güzgülərimi satdığıma görə məni lağa qoydular” – VİDEO 

198340

“Yeni aldığım evimi təmir edib, pis günə qoyan ustalar müəyyən insanların qarşısında cavab verəcəklər. Hələ mənim başım qarışıqdır. Dəyən ziyanı bir-bir yazıb o ustaları şikayət edəcəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva qonaq olduğu “Elgizlə izlə” verilişində deyib. 

Sənətçi bildirib ki, ustalar tərəfindən buraxılan səhvlərə görə, evini ikinci dəfə təmir edəcək: 

“Hamam otağı ikinci dəfə sökülüb yenidən təmir olunmalıdır. Onlar elə danışıb ağlayırlar ki… İndi qəpik-qəpik pul yığıram, evimin təmirinə yenidən başlayıram. Təmirli evə gəlmişəm, amma yenidən məcbur olub təmir etdirməliyəm”. 

R.Allahverdiyeva onu əl işi sayılan güzgülərini satdığına görə məsxərəyə qoyanlara ismarış yollayıb: 

“Çox insanlar mənim verilişdə güzgülərimi satmağımı lağa qoydu. Dedilər ki, vay-vay, Ruhəngiz efirə çıxıb güzgü satır. Güzgü, meyvə-tərəvəz və ya paltar satmaq ayıb deyil. Düzlüklə pul qazanmaq üçün Allah yol açır”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO