Mehman Əhmədli:

Mehman Əhmədli: "Tələbəm Aqşin Fatehi dost siyahımdan silmişəm" – VİDEO

Hazırda oxunan: Mehman Əhmədli: "Tələbəm Aqşin Fatehi dost siyahımdan silmişəm" – VİDEO

198049

"Meyxana aləmində elə həmkarlarım var ki, onları birdəfəlik dost siyahımdan silmişəm. Gözləyirəm ki, həmin o qarşı tərəfdən özümə diqqət gəlsin. Əgər o diqqət gəlmirsə, inciklik nifrətə çevrilir. Necə olur ki, bizim aramız dəyir və bu, sənin vecinə olmur? Belə çıxır ki, nə oldusa elə yaxşı oldu".

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Mehman Əhmədli "Qonaqcanlı" verilişində deyib.

Söz xiridarı bildirib ki, o, həmkarı və tələbəsi Aqşin Fatehdən inciyib və illərdir ki, onunla küsülüdür:

"Tələbəm Aqşin Fateh! Bəli, mən artıq üçüncü ildir ki, onunla danışmıram. Aqşin mənim tələbəm və yetirməmdir, amma vəssalam.
Təkcə Aqşin deyil, mənim meyxana aləmində o qədər tələbəm var ki... Aqşin mənim tələbəm ola-ola mən onu silmişəm. Onun tərəfindən də barışığa gəlmə cəhdi olmadı. Amma elə zamanlar var idi ki, Aqşin məni yaşadığım blokun önündə gözləyirdi ki, təki mən gəlim və o məndən üzrxahlıq etsin. Amma axır vaxtlar bunu etməyə gərək də və ehtiyac da duymadı. Bununla da aramızdakı münasibət dayandı".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO