Aparıcı Çinarə: “Məni görəndə mənasız suallar verməyin, yazıq sifətlə üzümə baxmayın” – VİDEO 

Aparıcı Çinarə: “Məni görəndə mənasız suallar verməyin, yazıq sifətlə üzümə baxmayın” – VİDEO 

Hazırda oxunan: Aparıcı Çinarə: “Məni görəndə mənasız suallar verməyin, yazıq sifətlə üzümə baxmayın” – VİDEO 

197273

“Şou-biznesdə nə qədər məni sevən, sevməyən varsa, hamı mənə ürək sözlərini yazdı. Sizə təşəkkür edirəm. Həqiqətən, bilmirdim ki, siz məni bu qədər sevirsiniz. Siz yazdığınız mesajlarınızla mənə güc verdiniz. Məni ayağa qaldırdınız. Düzdür, içimdə nə çəkirəmsə, Allahım buna şahiddir. Ailəm yanımdadır. Belə olmağını biz özümüz də istəmirdik. Amma Allahın bildiyi bir şey var, demək ki, belə olmalı imiş”. 

Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl doğulan körpəsini itirən aparıcı Çinarə Əliyeva sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə deyib. 

Övlad itkisi ilə hələ də barışa bilmədiyini söyləyən televiziya ulduzu yaxın zamanda işinin başına dönəcəyini bildirib: 

“Artıq özümü ələ almalıyam, çünki qarşıda işlərimiz var. Mənə çox çətindir. Neqativ şeyləri sevmirəm. Özünüz də bilirsiniz ki, mən, Çinarə hər zaman pozitivəm, deyib, gülürəm, çalışıram ki, sizə yaxşı xəbərlər çatdırım. Allahın bir yazısı var imiş ki, bu, belə oldu. Yazdığınız mesajlarla mənə stimul verdiniz. Yaxın rəfiqələrim dedilər ki, analarımız bu xəbəri eşidib o qədər ağlayıblar ki... O anaların əllərindən öpürəm. Çox sağ olun ki, yanımdasınız. Bir qadın olaraq məni başa düşürsünüz. Hətta bəylər mənə o qədər yaxşı sözlər yazırlar ki...

Qarşıda aparacağım məclislər var. Buna görə də özümü ələ almalıyam. Xahiş edirəm, heç kim məni qınamasın. Onsuz da bir il sonra belə işimin başına qayıtsam, yenə də bilirəm, xoş olmayan sözlər yazılacaq. Çalışın ki, mənə dəstək olun. Həqiqətən, bu aralar mənim sizin dəstəyinizə ehtiyacım var. İşimə qayıdıb, verilişlərimi çəkməliyəm. Qarşıda xına məclislərim var. İstəyirəm ki, ev yiyələrinin qarşısına pozitiv çıxım, onların məclislərini gözəl idarə edim. Bu hadisələr ürəyimdə qalsa da, çalışacağam yavaş-yavaş unudum. İnşallah, Allah məni mükafatlandırar. Hər şey gözəl olar”. 

Çinarə, həmçinin onu görən şəxslərdən övladı ilə bağlı suallar verməməklərini xahiş edib: 

“Sizdən ən böyük xahişim, mənə artıq suallar verməyin. Məni mənasız suallarınızla yormayın. Mənə yazıq sifət ilə baxmayın. Bilirəm ki, yenə də yaxınlaşıb “Niyə belə oldu?” sualını verəcəklər. Belə suallarla yaramı təzələməyin. Məni görəndə elə edin ki, sanki belə bir şey olmayıb. Bildiyinizi bilirsiniz, məsələ ilə bağlı açıqlama da vermişəm”. 
Qeyd edək ki, Çinarənin qeysəriyyə yolu ilə dünyaya gətirdiyi körpəsinin ciyərində yırtıq olduğu məlum olub. Bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Çinarə Əliyeva plastik cərrah Ruslan Rəsul ilə evlidir. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO