Elgizdən Vəfaya: “Şəbnəmin keçmiş həyat yoldaşı səninlə evlənib?”

Elgizdən Vəfaya: “Şəbnəmin keçmiş həyat yoldaşı səninlə evlənib?”

Hazırda oxunan: Elgizdən Vəfaya: “Şəbnəmin keçmiş həyat yoldaşı səninlə evlənib?”

196754

Aparıcı Elgiz Əkbər aralarında tez-tez qalmaqal yaşandığı müğənnilər Vəfa Şərifova ilə Şəbnəm Tovuzludan söz açıb. 

Bizim.Media xəbər verir ki, Elgiz aparıcısı olduğu “Elgizlə izlə” verilişinə qonaq etdiyi Vəfaya “Həmkarın Şəbnəmlə barışdınız?” sualı ilə müraciət edib. 

Şərifova “Bizim davalıq məsələmiz yoxdur” qısa cavabını verib. Bundan sonra E.Əkbər “Aranızdakı problem nə idi? Şəbnəmin keçmiş həyat yoldaşı səninlə evlənib?” sualını Şərifovaya ünvanlayıb. 
Bu sualdan məəttəl qalan Vəfa “Elgiz bəy, mən bu haqda danışmaq istəmirəm. Şəbnəmin övladları var və böyükdürlər. Mənim də övladlarım var. Bu mövzu haqda danışmayaq” deyərək, mövzudan yayınıb. 

Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla münasibətdədir. Cütlüyün iki övladı var. İş adamının adı Vəfadan əvvəl Şəbnəmlə hallanıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO