Bloger Aysel Şükür yenidən ailə qurmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Masanın üzərində tortun və ona hədiyyə olunan, barmağına taxdığı brilliant üzüyün görüntülərini izləyiciləri ilə bölüşən Aysel evlilik təklifi aldığını vurğulayıb.
Şükür “23.10.2021. Hər anımda yanımda olduğun üçün sonsuz təşəkkürlər” sözlərini yazıb. Qeyd edək ki, Aysel Şükür iki dəfə ailə həyatı qurub. Onun ilk evlilikdən bir, ikinci həyat yoldaşı Oqtaydan isə əkiz oğulları var.
Aysel keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızıdır.
Rəşad Əliyev, Bizim.Media