“Dünən Moskvaya toya getmişdik. Səhərə yaxın gəldik. Təyyarəmiz gecikmişdi. Amma bura enerji dolu gəlmişik, çünki pul qazanmışıq. Əhvalımız yaxşıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənnilər Sevil və Sevinc qonaq olduqları “Günaylı gün” verilişində deyiblər.
Əkizlər bildirib ki, toydan aldıqları qonorardan başqa şabaş və nəmər kimi əlavə pul qazanmırlar:
“Biz toydan əlavə heç nə qazanmırıq, şabaş olmur. Yaxşı ki, olmur, çünki sən səhnədə ifa edirsən, heç kim sənə yaxınlaşmır, orada sənin üçün geyimlər, işıqlar və repertuar əvvəlcədən hazırlanır. O toyda bizdən savayı Əməkdar artist Xəyyam Nisanov, meyxanaçı Namiq Qaraçuxurlu, Dj Roshka, Rusiyanın Xalq artist Nikolay Baskov, Aleksey Çumakov kimi məşhur müğənnilər vardı”.
Rəşad Əliyev, Bizim.Media