Əməkdar artist Könül Kərimova efirdə kövrələrək göz yaşı axıdıb.
Bizim.Media xəbər verir ki, hadisə sənətçinin qonaq olduğu “Rəngarəng səhər” verilişində yaşanıb.
Kərimova repertuarının “vizit kartı”na çevrilən “Mən necə bəndəyəm” adlı mahnısını oxuyarkən hisslərə qapılıb və ağlayıb.
Bir neçə dəqiqə özünə gələ bilməyən Könül hönkür-hönkür göz yaşı töküb.
Sakitləşəndən sonra müğənni həyatda yaşadığı çətinliklərindən söz açıb:
“Biz hər zaman səhnədə insanlara gözəllik bəxş etməliyik. Hər zaman çalışıram ki, insanlar bizim digər kövrək, ağlayan tərəfimizi görməsin. Bu verilişə gülərək gəldim. Amma... Mən əks cinsdən ötrü ağlamıram. Qətiyyən... Mən çox yorulmuşam. Çox yoruğunam. İllərdir ki, tək addımlamışam, tək qaçmışam hər işin arxasınca. Hər işdə tək olmuşam. Mən daxilən və zahirən tək olmuşam. Bu çətin yolda tək olmuşam. Buna görə də bu, illərin yorğunluğu və təkliyidir. İçimdəki Könül deyir ki, biraz da döz, hər şey yaxşı olacaq (ağlayır)”.
Rəşad Əliyev, Bizim.Media