Röya Elnarənin paxırını AÇDI: “Məni “Instagram”da

Röya Elnarənin paxırını AÇDI: “Məni “Instagram”da "blok"a atıb” – FOTO 

Hazırda oxunan: Röya Elnarənin paxırını AÇDI: “Məni “Instagram”da "blok"a atıb” – FOTO 

195475

Xalq artisti Röya Ayxan qalmaqal yaşadığı həmkarı Elnarə Xəlilova ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında Elnarənin “Ay uzun saç, qara göz, ağıllı kuklam mənim” mahnısına çəkdirdiyi klipdən bir hissəni yayımlayıb. 

Xəlilovanı yeni klipi münasibəti ilə təbrik edən Xalq artisti atmacasından qalmayıb. Röya “Instagram”da Elnarənin adını işarələmək istəsə də, qarşı tərəfin onu qara siyahıya atdığını bildirib:

“Əzizim, nə gözəl alınıb. Məni uşaqlığıma qaytardığın üçün təşəkkürlər. Çox bəyəndim. Səni “tag” (işarələmək – red.) edəcəkdim, “bloka” (qara siyahı – red.) atdığın üçün olmadı”. 
 Qeyd edək ki, Elnarə sonuncu müsahibəsində “Röyanın nömrəsi məndə yoxdur. Son dəfə Röya ilə 3 il əvvəl danışmışıq” sözlərini dilə gətirib. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO