Ancelina və Bredd Pittin qızı atasının soyadından İMTİNA ETDİ  

Ancelina və Bredd Pittin qızı atasının soyadından İMTİNA ETDİ  

Hazırda oxunan: Ancelina və Bredd Pittin qızı atasının soyadından İMTİNA ETDİ  

194261

Dünyaca məşhur keçmiş cütlük Bred Pitt və Ancelina Colinin qızı Vivyen atasının soyadından imtina edib. 

Bizim.Media xəbər verir ki, “The Outsiders” adlı musiqinin posterində 15 yaşlı Vivyen sadəcə olaraq Vivyen Coli kimi göstərilib. 

Bundan əvvəl Pitt və Colinin böyük qızı Zahara da atasının soyadından açıq şəkildə imtina edib.

İnsayderlərin dediyinə görə, Coli özü övladlarını daim atalarına qarşı “doldurur”. Bununla belə, Pittin qızı Şilo ilə yaxşı münasibəti var. O, bu yaxınlarda 18 yaşının şərəfinə valideynlərini barışmağa çağırıb. İddialara görə, Şilo ata-anasının davamlı davalarından yorulub. Bundan əvvəl də məlum olub ki, qız yetkinlik yaşına çatdıqdan sonra atasının yanına köçmək niyyətindədir. 
Qeyd edək ki, Pitt və Coli səkkiz il əvvəl boşandıqlarını elan ediblər, lakin onlar arasında hüquqi mübarizə hələ də davam edir. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO