Könül Kərimova: \

Könül Kərimova: \"Gəlinimin qulluğunda duracağam\"

Hazırda oxunan: Könül Kərimova: \"Gəlinimin qulluğunda duracağam\"

192320

"Hər bir valideyn nəyəsə tələsir. Amma mən oğlum Rəşada indiyə kimi heç bir qızı məsləhət görməmişəm. Bunu ilk dəfədir etiraf edirəm. İstəyirəm ki, onun ürəyincə olan bir qızı tapaq. Gecikməsinin də səbəbi budur. Sevgi ilə qurulan ailə bir az fərqli olur".

Bizim.Media xəbər verir ki, bu sözlər Əməkdar artist Könül Kərimova qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.

Sənətçi bildirib ki, oğlunun və gəlininin qulluğunda duracaq:

"Mən gəlinimi əziyyət çəkməyə qoymayacağam. Yeməkləri özüm bişirəcəyəm və hər ikisinin qulluğunda duracağam. İstəyim odur ki, onlar biri-birini sevsinlər".

Qeyd edək ki, K.Kərimovanın oğlu Rəşaddan savayı, Ləman adında qızı da var. Ləman 5 il əvvəl Orxan adlı şəxslə ailə qurub. 
Sənətçinin qızı evləndikdən sonra Ağcabədiyə köçüb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO