Müğənni Elnarə Xəlilova Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi ilə gərgin olan münasibətlərindən söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi "YouTube"da yayımlanan "AStar" verilişinə müsahibəsində danışıb.
Proqramın aparıcısı Ülvira Qarayevanın "Röya deyirdi ki, Elnarəni görəndə yaxasından yapışacağam. Bu nədir aramızda baş verir? Atam baxıb pis olur" sözlərinə Xəlilovanın cavabı belə olub:
"Bilmədim, "atam baxıb" deyəndə nəyi nəzərdə tutub. Heç bir efirdə Röyanın adını çəkməmişəm. Atası nəyə baxıb pis olub? Mən də ondan soruşmaq istəyərdim. Allah atalara can sağlığı versin. Atam o qədər dovğa bişirib, Röyanın qarşısına qoyub. Oturub yeyib, bizdə qalıb.
Aramızda soyuq küləklər əssə də, küssək də, barışsaq da atam işimə qarışmayıb. Deməyib ki, Röya niyə belə edir? Hələ də qaranlıqdır, bilmirəm nə demişəm, nə etmişəm ki, ata narazı qalıb. Öz adımın Röya və Natavan tərəfindən çəkildiyini dəfələrlə eşitmişəm. Biz illərlə bir yastığa baş qoymuşuq, tonlarla çörək kəsmişik. Nələr baş verib, nələr... Nömrələri məndə yoxdur. Son dəfə Röya ilə 3 il əvvəl danışmışıq".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:11 / 14.05.2024
Elnarə Röya ilə gərgin münasibətlərindən DANIŞDI: “İllərlə bir yastığa baş qoymuşuq”
Hazırda oxunan: Elnarə Röya ilə gərgin münasibətlərindən DANIŞDI: “İllərlə bir yastığa baş qoymuşuq”
Hazırda oxunan: Elnarə Röya ilə gərgin münasibətlərindən DANIŞDI: “İllərlə bir yastığa baş qoymuşuq”
192033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.