Efirdə aparıcı Vüsalə ilə dalaşan Sevil və Sevinc: “Çox kinliyik” – VİDEO  

Efirdə aparıcı Vüsalə ilə dalaşan Sevil və Sevinc: “Çox kinliyik” – VİDEO  

Hazırda oxunan: Efirdə aparıcı Vüsalə ilə dalaşan Sevil və Sevinc: “Çox kinliyik” – VİDEO  

191846

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları “İncə səhər” verilişinin aparıcısı Vüsalə Əlizadə ilə aralarında yaşanan qalmaqaldan söz açıblar. 

Bizim.Media xəbər verir ki, bu haqda əkiz ifaçılar “Balkanla gecə turu” verilişinə müsahibəsində danışıblar. 

Səfərovalılar V.Əlizadə ilə barışıb-barışmayacaqları ilə bağlı suala belə cavab veriblər: 

“Hər bir insanın öz seçimi var. Əgər nəsə edirsə, demek ki, arada sadəcə küskünlük deyil. Bizim 23 yox, 30-dan artıq yaşımız var və artıq uşaq deyilik. Qalmaqal da istəmirik. Biz artıq bu mərhələlərdən keçmişik. Biz əqrəb bürcündənik və çox kinliyik. Bizim Vüsalə ilə verilişində aramızda kiçik mübahisə, qalmaqal yaşandı. O da veriliş əsasında, canlı efirdə oldu. Gərginlik ola bilər və sairə. Bu isə bizim üçün düşmənçiliyə gətirəcək mövzu deyil. Hər üçümüz də xanımıq. Ola bilər ki, aramızda xırda inciklik var. Bunu isə biz qloballaşdırmaq istəmirik.

Vüsaləni görsək, bilmirik salam verərik ya yox. Çünki ara-sıra kimlərlə küsülü olduğumuzu unuduruq. Olur ki, gedib salamlaşırıq, qarşı tərəf isə cavab olaraq deyir ki, axı, biz dalaşmışdıq (gülür). Bizim aramızda Vüsalə ilə düşmənçilik yoxdur”. 
Qeyd edək ki, V.Əlizadə aparıcısı olduğu "İncə səhər" verilişinə gələn Sevil və Sevinc bacılarından yemək hazırlamağını istəyib. Əkizlər isə "Biz bura yemək hazırlamağa yox, mahnı oxumağa gəlmişik" cavabı ilə qarşı tərəfin narazılığına səbəb olublar. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO