Hüseyn Həsənov Nardarandakı lüks evini NÜMAYİŞ ETDİRDİ - VİDEO

Hüseyn Həsənov Nardarandakı lüks evini NÜMAYİŞ ETDİRDİ - VİDEO

Hazırda oxunan: Hüseyn Həsənov Nardarandakı lüks evini NÜMAYİŞ ETDİRDİ - VİDEO

191655

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov Bakının Nardaran ərazisində yerləşən yüksəkmərtəbəli binaların birində aldığı evinin təmirdən sonraki halını nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, iki otaqdan ibarət studio mənzil neoklassik üslubda dizayn edilib.

Evin bir sıra mebel və əşyalarında Hüseynin adının baş hərflərinin inisialları həkk olunub. Dizaynerlər tərəfindən ərsəyə gətirilən mənzildə rahat və komfortlu yaşam üçün hər bir şərait yaradılıb.

Diqqət çəkən məqamlardan biri isə yataq otağında hazırlanan ayrıca geniş və işıqlı qarderob otağıdır. Orada Həsənovun dəbdəbəli geyim və aksessuarlarını yerləşdirmək üçün nəzərdə tutulan rəflər də mövcüddur.
Mənzilə girər-girməz təmirə və dizayn işinə heyran qalan Hüseyn belə bir nəticə gözləmədiyini və dərhal buraya köçəcəyini vurğulayıb.

Həmin anları isə H.Həsənov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Hüseynin Moskvanın "Moscow City"də yerləşən binalarda mənzilləri var.
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO